​Maliyyə naziri: "2016-cı ilin dövlət büdcəsi artırılacaq"

​Maliyyə naziri: "2016-cı ilin dövlət büdcəsi artırılacaq" Yeni təqdim olunacaq büdcə layihəsində gəlirlər 16,4 mlrd. səviyyəsində olacaq
Maliyyə
24 Yanvar , 2016 23:43
​Maliyyə naziri: 2016-cı ilin dövlət büdcəsi artırılacaq

Bakı. 24 yanvar. REPORT.AZ/ Yeni təsdiq ediləcək büdcə layihəsində dövlət büdcəsi gəlirləri 16,4 mlrd. səviyyəsində olacaq.

"Report" xəbər verir ki, bunu ANS-ə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

"Yeni təqdim edəcəyimiz büdcə layihəsində dövlət büdcəsi gəlirləri təsdiq etdiyimiz gəlirlərlə müqayisədə 1,9 milyard artmış olacaq. Hazırda bizim gəlirlərimiz 14,5 milyard manatdırsa, yeni təsdiq olunacaq büdcəmizdə bu, təqribən 16,4 mlrd. səviyyəsində olacaq", - deyə nazir bildirib.

Son xəbərlər

Orphus sistemi