Naxçıvan Muxtar Respublikasında kreditləşmə artıb

Naxçıvan Muxtar Respublikasında kreditləşmə artıb Bakı. 19 yanvar. REPORT.AZ/ 1 yanvar 2019-cu il tarixinə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 102,681 mln. manat təşkil edib.
Maliyyə
19 Yanvar , 2019 11:47
Naxçıvan Muxtar Respublikasında kreditləşmə artıb

Bakı. 19 yanvar. REPORT.AZ/ 1 yanvar 2019-cu il tarixinə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 102,681 mln. manat təşkil edib.

“Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elvin Axundov məlumat verib.

Onun sözlərinə görə, kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,267 mln. manat artıb.

“Muxtar respublika əhalisinə verilən 24,369 mln. manat məbləğində şəxsi istehlak, daşınmaz əmlak alınması üçün 14,553 mln. manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların həyat şəraiti yaxşılaşdırılıb, eyni zamanda bununla real sektor da dəstəklənib. Bank və kredit təşkilatları tərəfindən 2018-ci il ərzində 50,879 mln. manat kredit verilib.”

Bildirilib ki, Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də tədbirlər həyata keçirilib. Banklar tərəfindən 1 yanvar 2019-cu il tarixə 80 206 müştəriyə bank xidməti göstərilib. 

"Xidmət olunan hesabların 70  774-ü işlək hesab olub. Naxçıvan Muxtar Respublikasında bankların kassa mədaxili 508,132 mln. manat təşkil edib. Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 333,804 mln. manat nağd pul dövriyyəyə buraxılıb.",-deyə, sədr vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi