Yuxarı
    Bağlamaq

    "​Morgan Stanley" Rusiya iqtisadiyyatının daha sürətlə azalacağını proqnozlaşdırır

    Yeni proqnozlara əsasən, Rusiyada 2017-ci ildə iqtisadi canlanma çox zəif olacaq

    Bakı. 9 fevral. REPORT.AZ/ Dünyanın ən böyük investisiya banklarından biri olan "Morgan Stanley" 2016-cı ildə Rusiyada iqtisadi yavaşlamanın sürətlənəcəyini bildirib. "Report"un "Interfax" agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyada ÜDM-in azalmasının sürətlənməsi neftin ucuzlaşması ilə bağlıdır. Qeyd edək ki, daha əvvəl "Morgan Stanley" Rusiya iqtisadiyyatının 0,8% azalacağını proqnozlaşdırdığı halda, yeni hesabatda bu rəqəm 2,1%-ə endirilib. Bank 2017-ci il üçün ÜDM-in artım tempini əvvəlki 1,7%-dən 0,9%-ə salıb.

    "Morgan Stanley"in əvvəlki hesabatında neftin qiymətinin Bankın analitikləri tərəfindən 2016-cı ilin sonunda 59 dollar/barelə yüksələcəyi ehtimal edilirdisə, yeni hesabatda bu rəqəm 29 dollar/barelə qədər azaldılıb. Bankın baza ssenarisinə görə, neftin qiyməti 2016-cı ilin III rübünün sonuna qədər 30-31 dollar/bareli keçməyəcək, IV rübdə isə bir qədər də aşağı enəcək. Pessimist ssenariyə əsasən isə qiymətin 20 dollar/barelə qədər azalması mümkündür.

    Qeyd edək ki, Avropa Komissiyası və "Fitch" beynəlxalq reytinq agentliyi də Rusiyada iqtisadi azalmanın 2016-cı ildə sürətlənəcəyini, 2017-ci ildə iqtisadi artımın isə çox az olacağını ehtimal edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi