Yuxarı

​"Moody's": Rusiyadakı resessiya Azərbaycanın reytinqinə mənfi təsir göstərəcək

Yaxın 2 il ərzində MDB ölkələrinin reytinqi artmayacaq

Bakı. 10 may. REPORT.AZ/ Rusiya iqtisadiyyatındakı resessiyanın yaxın iki ildə MDB ölkələrinin müstəqil kredit reytinqinə neqativ təsir göstərəcəyi ehtimal edilir. 

"Report"un "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, 9 MDB ölkəsindən 5-də Agentliyin neqativ iqtisadi proqnozu qalmaqda davam edəcək və bu, onların gələcəkdə suveren reytinqinin azaldılmasına səbəb ola bilər. 

"Moody's" agentliyinin eksperti Kristin Lindou hesab edir ki, MDB ölkələri iqtisadiyyatları, maliyyə sektorları və büdcələrinin neft qiymətlərindən asılılığı davam etdirəcək: "Bu da yaxın iki il ərzində onların suveren reytinqlərinin artımını əngəlləyəcək". Bu ölkələr arasında Rusiya, Qazaxıstan və Azərbaycan da yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi