“Merkuri” BOKT-un aktivləri 22% artıb

“Merkuri” BOKT-un aktivləri 22% artıb Bakı. 25 aprel. REPORT.AZ/ “Merkuri” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 5,068 mln. manat təşkil edib.
Maliyyə
25 Aprel , 2017 17:17
“Merkuri” BOKT-un aktivləri 22% artıb

Bakı. 25 aprel. REPORT.AZ/ “Merkuri” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 5,068 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 21,6% çoxdur.

“Merkuri”nin aktivlərinin 89,4%-ni və yaxud 4,532 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il BOKT-un kredit portfeli 14,7% böyüyüb.

Hesabat dövründə kredit təşkilatının cəmi öhdəlikləri 26,6% artaraq 4,287 mln. manata, cəmi kapitalı isə 0,1% artaraq 781 min manata çatıb.

2016-cı ildə “Merkuri”nin faiz gəlirləri 1,264 mln. manat (2015-ci ilə nisbətən 18,1% çox), faiz xərcləri 161 min manat (27,8% az), qeyri-faiz gəlirləri 149 min manat (44,7% çox), qeyri-faiz xərcləri isə 1,149 mln. manat (23,2% çox) təşkil edib. Son nəticədə BOKT-un xalis əməliyyat mənfəəti 104 min manata yaxın olub. Bu illik müqayisədə təxminən 6 dəfə çoxdur.

“Merkuri” verdiyi kreditlərin dəyərsizləşməsi üzrə ehtiyat yaradılmasına 103 min manat ayırıb və ili cəmi 586 manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, BOKT 2015-ci ildən 42 min manatdan artıq xalis zərərlə çıxıb.

Xatırladaq ki, "Merkuri" MMC 2012-ci ildə yaradılıb. Onun nizanmamə kapitalı 823 min manatdır. BOKT-un təsisçiləri hər biri 50% payla Səbuhi Məmmədsani oğlu Əzizov və Təranə Qəzənfər qızı Məmmədovadır.

Son xəbərlər

Orphus sistemi