​Mərkəzi Banklar ABŞ istiqrazlarını satır

​Mərkəzi Banklar ABŞ istiqrazlarını satır Çin ən çox ABŞ istiqrazalarına sahib olan ölkədir
Maliyyə
16 İyun , 2016 19:02
​Mərkəzi Banklar ABŞ istiqrazlarını satır

Bakı. 16 iyun. REPORT.AZ/ Dünya Mərkəzi Banklarının ABŞ qiymətli kağızlarına investisiyalarının həcmi aprel ayında 25,2 mlrd. dollar və ya 0,61% azalaraq 4 046 mlrd. dollara düşüb. 

"Report" xəbər verir ki, bu barədə ABŞ Xəzinədarlığı tərəfindən açıqlanan hesabatda məlumat verilib. Hesabatda qeyd olunub ki, hazırda dünyadakı Mərkəzi bankların portfellərində olan ABŞ qiymətli kağızlarının həcmi son 3 ilin ən minimal qiymətidir. Hesabat dövründə Rusiya ABŞ dövlət istiqrazlarına investisiyasının həcmi 3,5 mlrd. dollar və ya 4,1% azalaraq 82,5 mlrd. dollar enib. Rusiyanın Mərkəzi Bankı bu ilin yanvarında  96,9 mlrd. dollarlıq istiqraza sahib olub.

Çin aprel ayında 1,8 mlrd. dollar və ya 0,14%-lik istiqraz satmasına baxmayaraq, 1 242 mlrd. dollar investisiya həcmi ilə ABŞ qiymətli kağızlarına yatırım edən lider ölkə statusunu qoruyub. Aprel ayında ən yüksək həcmdə istiqrazı Britaniya Mərkəzi Bankı satıb -10,5 mlrd. dollar. 

ABŞ istiqrazlarının xalis alıcısı olan əsas ölkələr isə Yaponiya və Almaniya olub. "Treasure İnternational Capital"a görə, qlobal maliyyə institutları hesabat dövründə 75 mlrd. dollarlıq istiqraz satışı həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi