Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100366S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə
20 Dekabr , 2017 19:07
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100366S dövlət qeydiyyat nömrəli, 200 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 98,8472 manat (14,99%) və 99,2278 manat (10,01%) olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 206 833 300 manat olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8472 manat (14,99%), orta ölçülmüş qiyməti 99,0287 manat (12,61%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 206 833 300 manat təşkil edib.

Notların ödəmə tarixi gələn il yanvarın 17-sidir. 

Son xəbərlər

Orphus sistemi