“Meqa Sığorta”nın yığımları 16% artıb

“Meqa Sığorta”nın yığımları 16% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
15 Dekabr , 2016 12:29
“Meqa Sığorta”nın yığımları 16% artıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında “Meqa Sığorta” ASC-nin yığımları 20 130 979 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,88% çoxdur.

Hesabat dövründə “Meqa Sığorta”nın ödənişləri də artıb. Belə ki, 11 ay ərzində Şirkət 2 632 861 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 35,98% çoxdur.

Hesabat dövründə “Meqa Sığorta” topladığı hər 100 manat sığorta haqqının 13,09 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-noyabr aylarında 11,15% olub.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Son xəbərlər

Orphus sistemi