​"MCB Lizinq"in səhmdarlarından biri payını satıb

​"MCB Lizinq"in səhmdarlarından biri payını satıb Lizinq şirkətinin sas səhmdarının payı 99,94%-ə yüksəlib.
Maliyyə
28 İyun , 2016 12:26
​MCB Lizinqin səhmdarlarından biri payını satıb

Bakı. 28 iyun. REPORT.AZ/ "MCB Lizinq" QSC-nin səhmdarlarının sayı 3-dən 2-yə düşüb. Bu barədə "Report" Şirkətə istinadən xəbər verir.

Məlumata görə, "MCB Lizinq"in nizamnamə kapitalında 4,94% paya malik olan ABŞ vətəndaşı Mohammed Hasan Metla öz payını şirkətin əsas səhmdarı olan Pakistanın "MCB Bank Limited" şirkətinə satıb. Bununla da, Pakistan şirkətinin "MCB Lizinq"də payı 99,94%-ə yüksəlib.

Lizinq şirkətinin səhmlərinin 0,06%-i isə Azərbaycan vətəndaşı Rəmal Cəfər oğlu Cəfərova məxsusdur. O, həm də "MCB Lizinq"in İdarə Heyətinin sədridir.

Xatırladaq ki, "MCB Lizinq" 2009-cu ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 4283675 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 manat olan 4 283 675 səhm əsasında formalaşıb. 

Son xəbərlər

Orphus sistemi