"MasterCard" Azərbaycana sərmayələrini davam etdirəcək

"MasterCard" Azərbaycana sərmayələrini davam etdirəcək "MasterCard" Azərbaycandakı müştərilər üçün xüsusi təkliflər hazırlayıb
Maliyyə
14 Aprel , 2015 17:36
MasterCard Azərbaycana sərmayələrini davam etdirəcək

Bakı. 14 aprel. REPORT.AZ/ "MasterCard" beynəlxalq ödəniş təşkilatı Azərbaycana investisiya qoyuluşunu davam etdirəcək. Şirkətin Azərbaycanda tərəfdaş olduğu alış-veriş nöqtələrinin sayı 59-dan 81-ə çatdırılıb və bu göstərici daha da artırılacaq.

"Report"un verdiyi xəbərə görə, bunu təşkilatın Cənub-Şərqi Avropada inkişaf etməkdə olan bazarların regional meneceri Hakan Acar "MasterCard"ın "Qiymətsiz üstünlüklər" platformasını Azərbaycanda başlatması ilə bağlı bu gün Bakıda keçirilən mətbuat konfransında məlumat verib: "MasterCard" anlayır ki, ödəniş kartının dəyəri satış həyata keçirənlərin, yəni müştərilərin əlindədir. Buna görə də "MasterCard" davamlı kart sahibləri ilə rezonans yaradan, onların "MasterCard" brendinə sadiqliyini və güvənini möhkəmləndirən kampaniyalar yaratmağa çalışır. Bu il biz Azərbaycan xalqı üçün önəmli məsələləri nəzərə alaraq, onların ümidlərini qarşılamağı planlaşdıraraq Azərbaycanda “Qiymətsiz üstünlüklər” platformasına start vermişik.”

O bildirib ki, hazırda Azərbaycanda 4,6 mln. ədəd debet,1,3 mln. ədəd kredit kartı mövcuddur. Kartların 70%-i son iki ildə istifadəyə verilib: "Eurovision" musiqi yarışması ərəfəsində POS-terminal quraşdırılması sürətlənib və deyə bilərəm ki, ötən il ərzində POS-tranzaksiyaların həcmində 70% artım olub. Lakin buna baxmayaraq, hələ də digər ökələrlə müqayisədə kartlardan istifadə yetərli səviyyədə deyil. Ona görə də motivasiya, maarifləndirmə ilə bu işin genişlənməsini Azərbaycanda davam etdirəcəyik".

Qeyd edək ki, Azərbaycan xüsusi "Qiymətsiz üstünlüklər" platformasını başladan birinci ölkədir. Yeni platforma yalnız bu ölkə üçün unikal yeni dəyərlər və təkliflər təqdim edir.

"Qiymətsiz üstünlüklər" aksiyasının bir hissəsi olaraq, "MasterCard" Azərbaycan istehlakçıları üçün Nyu-Yorka 5 günlük səyahət və 1 000 manat dəyərində alış-veriş sertifikatı, 8 "İPhone 6" və 100 manat məbləğində 20 hədiyyə sertifikatı kimi hədiyyələrlə tanıtıma başlayır. Bu gündən "Qiymətsiz üstünlüklər" platformasının bütün tərəfdaş məntəqələrində "MasterCard" ilə ən azı 1 manat ödəyərək alış-veriş edən kart sahibləri 1 lotereya şansı əldə edir. İstehlakçıların iş kodları avtomatik olaraq virtual lotereya biletlərinin nömrələri olur. Bu ilin iyulun 3-dək kart sahibi "MasterCard"la nə qədər çox satış həyata keçirərsə, o, daha çox lotereya bileti əldə edəcək və qiymətli hədiyyələr qazanmaq şansı daha çox olacaq.

Bundan əlavə, "Qiymətsiz üstünlüklər" Azərbaycanda xüsusi təkliflər, o cümlədən top-markalarda çoxsaylı endirimlər, hədiyyələr və Bakının ən populyar istiqamətlərində nadir təəssüratlar təqdim edir. "MasterCard"ın bütün sahibləri Bakıda ən yaxşı mağazaların və restoranların daxil olduğu 81 tərəfdaş alış-veriş nöqtələrinə 10% endirim əldə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi