Yuxarı

Maliyyə Nazirliyi 45 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi 45 mln. manatlıq istiqraz yerləşdirib

30

© Report

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104028540 ISIN-li, 45 mln. manatlıq, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 15 investor 36 sifariş təqdim edib.

Sifarişlərin qiymət intervalı 87,0187 manat (15%) – 94,3689 manat (5,9999%), nominal qiymətlə ümumi məbləği isə 150 105 400 manat olub.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 90,9543 manat (10,0001%), orta ölçülmüş qiyməti isə 91,8097 manat (8,9701%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş məbləği 45 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 6 noyabr 2018-ci ildir. Hərrac iştirakçıları ən geci sabah istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi