Yuxarı

Lisenziyası ləğv olunan banklarda qorunan əmanətlərin təxminən 80%-i dollardadır

Bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru bildirib

Bakı. 22 iyul. REPORT.AZ/ Lisenziyası ləğv olunan banklarda qorunan əmanətlərin təxminən 80%-i  dollardadır. “Report”un verdiyi xəbərə görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O, qeyd edib ki, bu banklarda qorunmayan əmanətlərin həcmində (47 mln. manat) əsasən qorunmayan əmanətçilər çoxluq təşkil edir: "Qorunmayan əmanətçilərə bankın 10 faizdən çox səhminə malik əmanətçilər, son ildə bankın auditini həyata keçirən və bankın inzibatçıları daxildir".

Qeyd edək ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

22 iyul 2016-cı il tarixdən lisenziyaları ləğv olunmuş banklara MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata sözügedən banklara ləğvedicinin təyin edilməsi barədə məhkəməyə müraciət edib və bu bankların gələcəkdə ləğvi MBNP-nin nəzarəti altında aparılacaq.

Lisenziyası geri çağırılan bankların qorunan əmanətçilərinə kompensasiya ödənişlərəinə hazırlığa başlanılıb. Sığorta hadisəsi baş verdikdən sonra 7 gün ərzində ödənişlərə başlanılacaq.

Bu banklar əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və onlara verilmiş şəhadətnamələr ləğv edilib.

O qeyd edib ki, 3 bank problemlidir: "Ola bilsin ki, ləğv olunsun. Mərkəzi Bank tərəfindən fevralda lisenziyası ləğv olunan “Qafqaz İnkişaf Bankı”, “Atrabank” və “United Credit Bank”da ola bilsin ki, sığorta hadisəsi qeydə alınsın. Amma hələki, məhkəmə çəkişmələri davam edir. 4 bankda sığorta hadisəsi baş verərsə, ləğvetmə Əmanətlərin Sığortalanmsı Fonduna veriləcək". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi