Kerç boğazı ətrafında baş verənlər Ukraynanın qiymətli kağızlar bazarında ucuzlaşma ilə nəticələnib

Kerç boğazı ətrafında baş verənlər Ukraynanın qiymətli kağızlar bazarında ucuzlaşma ilə nəticələnib Bakı. 26 noyabr. REPORT.AZ/ Ukrayna və Rusiya arasında ötən həftənin sonu Kerç boğazı ilə bağlı yaranmış gərginlik fonunda Ukraynanın avrobondları dəyər itirməyə başlayıb.
Maliyyə
26 Noyabr , 2018 17:17
Kerç boğazı ətrafında baş verənlər Ukraynanın qiymətli kağızlar bazarında ucuzlaşma ilə nəticələnib
0 : 00
0 : 00

Bakı. 26 noyabr. REPORT.AZ/ Ukrayna və Rusiya arasında ötən həftənin sonu Kerç boğazı ilə bağlı yaranmış gərginlik fonunda Ukraynanın avrobondları dəyər itirməyə başlayıb.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata əsasən, daha çox "Ukrayna-24", "Ukrayna-25" və "Ukrayna-32" avrobondları ucuzlaşıb. Moskva vaxtı ilə saat 11:35-ə olan məlumata görə, onların qiyməti müvafiq olaraq 1,177, 1,1581,295 faiz azalıb. 

Son hadisələr Ukrayna şirkətlərinin səhmlərinə də mənfi təsir edib. Xüsusilə də “Ferrexpo” səhmləri 2,14%, MHP səhmləri isə 0,94% ucuzlaşıb.

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.

Son xəbərlər

Orphus sistemi