"Kapital Bank" yeni kredit aksiyası keçirir

"Kapital Bank" yeni kredit aksiyası keçirir Güzəşt kampaniyası dekabrın 30-dək davam edəcək
Maliyyə
10 Dekabr , 2014 18:17
Kapital Bank yeni kredit aksiyası keçirir

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın "Kapital Bank" ASC bankdan kredit alan müştərilər üçün güzəşt aksiyası keçirir. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, dekabrın 30-dək kredit üçün müraciət edən müştərilər komissiya faizlərində endirim qazanacaqlar. Aksiya dövründə kreditin rəsmiləşdirilməsinə görə komissiya faizləri müddətdən asılı olaraq 12 aya görə 3%-dən 1%-ə, 24 aya görə 5%-dən 2%-ə, 36 aya görə 6%-dən 3%-ə qədər azaldılıb.

"Kapital Bank"da nağd pul krediti 36 ayadək müddətə, maksimum 10 min manata qədər verilir. Krediti Bankın bütün filiallarından almaq olar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" ASC 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. 

Son xəbərlər

Orphus sistemi