Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın "Kapital Bank" ASC bankdan kredit alan müştərilər üçün güzəşt aksiyası keçirir.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, dekabrın 30-dək kredit üçün müraciət edən müştərilər komissiya faizlərində endirim qazanacaqlar. Aksiya dövründə kreditin rəsmiləşdirilmə
"Kapital Bank"da nağd pul krediti 36 ayadək müddətə, maksimum 10 min manata qədər verilir. Krediti Bankın bütün filiallarından almaq olar.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" ASC 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir.