IMF: Kritovalyutalara tənzimləmə qaçılmazdır

IMF: Kritovalyutalara tənzimləmə qaçılmazdır Bakı. 12 fevral. REPORT.AZ/ Kriptovalyutalarla bağlı tənzimləmə qaçılmazdır. 
Maliyyə
12 Fevral , 2018 11:11
IMF: Kritovalyutalara tənzimləmə qaçılmazdır
AFP 2017/ MANDEL NGAN

Bakı. 12 fevral. REPORT.AZ/ "Kriptovalyutalarla bağlı tənzimləmə qaçılmazdır". 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu CNN telekanalına Beynəlxalq Valyuta Fondunun (IMF) rəhbəri Kristin Laqard (Christine Lagarde) bildirib.

K.Laqard qeyd edib ki, IMF hazırda kriptovalyutalardan istifadə edərək "çirkli pullar"ın yuyulmasında və terrorizmin dətstəklənməsində istifadə edilmə fəaliyyətlərinin qarşısının alınmasına çalışır: "Maliyyə böhranından sonra son 10 ildə qurumlar maliyyə bazarlarını tənzimləyirdilər. Kriptovalyutalarla bağlı da tənizmləmə qaçılmazdır. Bundan sonra daha aktiv tənzimləmə sisteminə keçmək lazım olacaq".

IMF başçısı kriptovalyutalarla əlaqədar beynəlxalq tənzimləmənin tərəfdarı olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi