Yuxarı

IMF: Azərbaycanın iqtisadi tərəfdaşlarında zərbələrin onun iqtisadiyyatına təsir etməsi riski həmişə var - EKSKLÜZİV

IMF Azərbaycan iqtisadiyyatına təsir edəcək risklərdən danışdı

Azərbaycanın iqtisadi tərəfdaşlarında zərbələrin onun iqtisadiyyatına təsir etməsi riski həmişə var”. 

Bunu “Report”a eksklüziv müsahibəsində gərginləşən ABŞ-İran, ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərinin Azərbaycana təsirini şərh edən Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa deyib.

N.Tamirisa hesab edir ki, Azərbaycan iqtisadiyyatına daha çox dünya bazarında neftin qiymətinin dəyişməsi təsir edə bilər: Həqiqətən də, Azərbaycanın uzun müddətdir ki, qeyd etdiyiniz bütün ölkələrlə iqtisadi əlaqələri var. Azərbaycanın iqtisadi tərəfdaşlarında zərbələrin onun iqtisadiyyatına təsir etməsi riski həmişə var. Bununla belə, Azərbaycan iqtisadiyyatı karbohidrogen ehtiyatlarından çox asılı olduğundan, neft qiymətləri xarici zərbələrin Azərbaycan iqtisadiyyatına ötürülməsi üçün əsas kanal olaraq qalır”.

Xatırladaq ki, XII Astana İqtisadi Forumu çərçivəsində keçirilən mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard da ticarət müharibələrində qalibin olmadığını və bu ölkələr arasında yaranan narazılığın bütün regiona təsir edəcəyini bildirmişdi: “Hər bir ticarət müharibəsi həm iştirakçı tərəflər, həm də iştirak etməyənlər üçün fəsadlar törədir. Yəni bu müharibə birbaşa və dolayı təsir göstərir, çaşqınlıq yaradır. Ticarət müharibəsi nəticəsində iqtisadi oyunçular, özəl sektor təmsilçiləri tədarük marşrutlarını dəyişdirə bilər”.

K.Laqard ABŞ və Çin arasındakı gərginliyin səngiməyəcəyi qənaətindədir: “Ticarət qarşıdurması, çox güman ki, davam edəcək, hərçənd bunun əksini istərdik. Ticarət müharibəsində qalib ola bilməz, yalnız məğlublar olur. Amma bu vəziyyəti hər iki tərəfin mənfəətinə həll etmək mümkündür”, – İMF rəhbəri vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi