Yuxarı

İranın maliyyə və iqtisadiyyat nazirinin Azərbaycana səfəri başlayıb

Səfər iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvəti ilə baş tutub

Bakı. 28 yanvar. REPORT.AZ/ İranın maliyyə və iqtisadiyyat naziri Əli Teyyubniyanın Azərbaycana səfəri başlayıb.

"Report"un məlumatına görə, Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında iranlı naziri Azərbaycan rəsmiləri və İranın Azərbaycandakı səfirliyinin əməkdaşları qarşılayıblar.

İkigünlük səfər zamanı Ə.Teyyubniya iqtisadi və bank sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, səfər Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvəti ilə baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi