İranın maliyyə və iqtisadiyyat nazirinin Azərbaycana səfəri başlayıb

İranın maliyyə və iqtisadiyyat nazirinin Azərbaycana səfəri başlayıb Səfər iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvəti ilə baş tutub
Maliyyə
28 Yanvar , 2015 15:26
İranın maliyyə və iqtisadiyyat nazirinin Azərbaycana səfəri başlayıb

Bakı. 28 yanvar. REPORT.AZ/ İranın maliyyə və iqtisadiyyat naziri Əli Teyyubniyanın Azərbaycana səfəri başlayıb.

"Report"un məlumatına görə, Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında iranlı naziri Azərbaycan rəsmiləri və İranın Azərbaycandakı səfirliyinin əməkdaşları qarşılayıblar.

İkigünlük səfər zamanı Ə.Teyyubniya iqtisadi və bank sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Qeyd edək ki, səfər Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dəvəti ilə baş tutub.

Son xəbərlər

Orphus sistemi