Bakı. 26 yanvar. REPORT.AZ/ İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniyənin Azərbaycana səfərinin vaxtı açıqlanıb.
Bu barədə "Report"a İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumat verib.
O deyib ki, iranlı nazir Bakıya yanvarın 28-də gələcək.
İkigünlük səfər zamanı Ə.Təyyibniyə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər rəsmilərlə görüşəcək.
Səfər zamanı tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə olunacaq.