Yuxarı
    Bağlamaq

    İngiltərə Mərkəzi Bankı da uçot dərəcəsini dəyişməyib

    Uçot dərəcəsi 0,25% səviyyəsində qalıb

    Bakı. 2 fevral. REPORT.AZ/ İngiltərə Mərkəzi Bankı (BoE) bu gün, fevralın 2-də keçirdiyi iclasında monetar siyasətin əsas parametrlərini dəyişməmək qərarına gəlib. 

    "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, BoE uçot dərəcəsini 0,25% səviyyəsində sabit saxlayıb. 

    Bununla yanaşı, bank maliyyə bazarlarından aktivlərin alınması üsulu ilə monetar genişlənmənin illik həcmini də dəyişdirməyərək 435 mlrd. funt sterlinqdə (550 mlrd. ABŞ dolları) saxlayıb.

    Qeyd edək ki, BoE-nin qərarı bazar iştirakçılarının proqnozları ilə eyni olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi