Yuxarı
    Bağlamaq

    ​İcbari Sığorta Bürosu iki vətəndaşa 6,5 min manat ödəyib

    Hər iki ödəniş dekabrın 11-də poçt vasitəsi ilə köçürülüb

    Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan İcbari Sığorta Bürosu (İSB) tərəfindən bu gün iki vətəndaşa toplam olaraq 6 500 manat məbləğində kompensasiya ödənişi verilib. Bu barədə "Report"a İSB-dən məlumat verilib.

    Məlumata görə, bu ilin martın 8-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfatı ilə əlaqədar adı açıqlanmayan şəxsə 5 000 manat verilib.

    Digər sığorta ödənişi (1 500 manat) isə 2013-cü ilin mayın 4-də Nardaran-Pirşağı şosesində baş vermiş yol-nəqliyyat hadisəsində sağlamlığına dəyən zərərlə əlaqədar adı açıqlanmayan şəxsə ödənilib.

    Qeyd edək ki, hər iki ödəniş dekabrın 11-də poçt vasitəsi ilə köçürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi