Məlumata görə, bu ilin martın 8-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfatı ilə əlaqədar adı açıqlanmayan şəxsə 5 000 manat verilib.
Digər sığorta ödənişi (1 500 manat) isə 2013-cü ilin mayın 4-də Nardaran-Pirşağı şosesində baş vermiş yol-nəqliyyat hadisəsində sağlamlığına dəyən zərərlə əlaqədar adı açıqlanmayan şəxsə ödənilib.
Qeyd edək ki, hər iki ödəniş dekabrın 11-də poçt vasitəsi ilə köçürülüb.