Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası iyun ayında imzalanan dəftərxana ləvazimatları və təsərrüfat malları satınalma müqaviləsi nəticəsində ehtimal olunan xərclərə 6 163,8 manat və ya 24,85% qənaət edib.
“Report” bu barədə Palatanın fəaliyyəti üzrə hesabatına istinadən xəbər verir.
Belə ki, dəftərxana ləvazimatlarının alınması zamanı 2 640,10 manat, təsərrüfat mallarının alınması üzrə isə 3 703,7 manat vəsaitə qənaət olunub.
Ümumilikdə, ötən ay İmran Əsəd oğlu Nəsibovun şirkəti ilə imzalanan müqavilənin cəmi məbləği 18 636,2 manat (dəftəxana ləvazimatları üzrə 10 339,90 manat və təsərrüfat mallları üzrə 8 296,30 manat) təşkil edib.