Hesablama Palatası xərclərinə 25% qənaət edib

Hesablama Palatası xərclərinə 25% qənaət edib İyunda 18,6 min manatlıq satınalma müqaviləsi imzalanıb
Maliyyə
6 İyul , 2017 15:06
Hesablama Palatası xərclərinə 25% qənaət edib

Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası iyun ayında imzalanan dəftərxana ləvazimatları və təsərrüfat malları satınalma müqaviləsi nəticəsində ehtimal olunan xərclərə 6 163,8 manat və ya 24,85% qənaət edib.

“Report” bu barədə Palatanın fəaliyyəti üzrə hesabatına istinadən xəbər verir.

Belə ki, dəftərxana ləvazimatlarının alınması zamanı 2 640,10 manat, təsərrüfat mallarının alınması üzrə isə 3 703,7 manat vəsaitə qənaət olunub.

Ümumilikdə, ötən ay İmran Əsəd oğlu Nəsibovun şirkəti ilə imzalanan müqavilənin cəmi məbləği 18 636,2 manat (dəftəxana ləvazimatları üzrə 10 339,90 manat və təsərrüfat mallları üzrə 8 296,30 manat) təşkil edib.

Son xəbərlər

Orphus sistemi