Yuxarı
    Bağlamaq

    Hesablama Palatası 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı əlavə hesabat hazırlayıb

    Dinlə
    © Report

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Ali Audit Qurumlarının (AAQ) fəaliyyətinin “Konstitusiya” sənədi hesab olunan və Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Lima şəhərində keçirilmiş IX Konqresində qəbul olunmuş Auditin Təməl Prinsipləri Bəyənnaməsi 1-ci Beynəlxalq Standart (ISSAI 1) kimi qəbul olunub, həmin Standart dövlət auditinə aid məqsəd və məsələlərin müfəssəl siyahısını əhatə edib.

    Hesablama Palatasından “Report”a verilən məlumata görə, ISSAI 1-də Ali Audit Qurumu tərəfindən ilkin auditin keçirilməsinin hər bir ölkənin hüquqi şəraiti və şərtləri ilə müəyyən edildiyi qeyd edilib, sonrakı audit isə ilkin auditin keçirilib-keçirilməməsindən asılı olmayaraq hər bir Ali Audit Qurumunun mütləq vəzifəsi kimi göstərilib.

    “Azərbaycan Respublikasının Hesablama Palatası dövlət auditini həyata keçirməklə dövlət vəsaitlərinin icrasına nəzarəti təmin edir. Bu nəzarət audit tədbirləri ilə yanaşı müxtəlif təhlil işlərini, o cümlədən dövlət büdcəsinin icrası ilə bağlı müvafiq rəyin hazırlanmasını nəzərdə tutur”, - deyə məlumatda vurğulanıb.

    Hesablama Palatası 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı əlavə hesabatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən maliyyə nəzarətinin gücləndirilməsi, Hesablama Palatasının işinin daha səmərəli təşkil edilməsi istiqamətində verdiyi tapşırıqların icrası olaraq hazırlayıb.

    2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı bu hesabatın hazırlanmasında Hesablama Palatasının həmin il üzrə dövlət büdcəsinin icrası ilə bağlı Qanunun və müvafiq hesabata dair Rəyi əsas götürülüb. Hesabatda dövlət büdcəsindən ayrılmış vəsaitlərin inzibati təsnifatı üzrə icrası ilə bağlı daha ətraflı məlumatlar təqdim edilib.

    “Hesabatın hazırlanmasında əsas məqsəd növbəti il üçün dövlət büdcəsinin layihəsinin qəbulu prosesində nəzərə alınması məqsədilə ətraflı məlumatların təqdim edilməsi, dövlət vəsaitlərinin icrası ilə bağlı şəffaflığın artırılması və hesabatlılığın gücləndirilməsidir. Fikrimizcə, bu Hesabatın hazırlanması, eyni zamanda, müvafiq beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yüksəldilməsinə xidmət edəcək”, - deyə məlumatda qeyd edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi