Gürcüstanda ÜDM yanvar-aprel aylarında 4,2% artıb

Gürcüstanda ÜDM yanvar-aprel aylarında 4,2% artıb Bu ilin ilk 4 ayı ərzində iqtisadi vəziyyət yaxşılaşıb
Maliyyə
30 May , 2017 15:49

Bakı. 30 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Gürcüstan iqtisadiyyatında 4,2%-lik artım qeydə alınıb. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Gürcüstanın Milli Statistika Xidməti tərəfindən yayılıb.

Məlumata görə, ötən ilin analoji dövründə Gürcüstan iqtisadiyyatı 2,8% artım göstərib. Aprel ayında ÜDM 2,1% artıb. Ötən ilin analoji dövründə isə bu göstərici 4,3% təşkil edib. Bu ilin mart ayında Gürcüstanda 5,3% iqtisadi artım qeydə alınıb.

2016-cı ildə Gürcüstan 2,2%, 2015-ci ildə isə 2,9% iqtisadi artım əldə edib. Bu, hökumətin 3%-lik artım hədəfindən aşağıdır. Bu ilin yanvar ayından etibarən iqtisadi vəziyyət yaxşılaşmağa başlayıb. İxrac ilk 4 ay ərzində 30% artaraq 788 mln. ABŞ dollarına çatıb. Ticarət balansının mənfi saldosu 26,9% azalıb. Pul köçürmələri 19% artaraq 396 mln. dollara yüksəlib. Milli valyuta - lari isə möhkəmlənməyə başlayıb.

Qeyd edək ki, Gürcüstan hökuməti 2017-ci ildə 4% iqtisadi artıma nail olmaq istədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi