Gömrükçülər ötən il 2 mln. dollar vəsaitin Azərbaycandan qanunsuz çıxarılmasının qarşısını alıb

Gömrükçülər ötən il 2 mln. dollar vəsaitin Azərbaycandan qanunsuz çıxarılmasının qarşısını alıb Bu barədə DGK-nın sədri Aydın Əliyev məlumat verib
Biznes
19 Yanvar , 2017 10:49
Gömrükçülər ötən il 2 mln. dollar vəsaitin Azərbaycandan qanunsuz çıxarılmasının qarşısını alıb

Bakı. 19 yanvar. REPORT.AZ/ 2016-cı ildə Azərbaycandan ixrac 2015-ci illə müqayisədə 28,17% azalaraq 12,729 mlrd. manatdan 9,143 mlrd. manata düşüb. 

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, ötən il idxalda da azalma müşahidə edilib: "Əgər 2015-ci ildə idxal 9,216 mlrd. manat olubsa, 2016-cı ildə bu rəqəm 8,253 mlrd. manata düşüb". 

A.Əliyev onu da qeyd edib ki, ötən il gömrükçülər 2 mln. ABŞ dolları məbləğində vəsaitin Azərbaycandan qanunsuz çıxarılmasının qarşısını alıb.

Son xəbərlər

Orphus sistemi