Yuxarı
    Bağlamaq

    Azərbaycanda dövlət büdcəsinin gömrük daxilolmaları azalıb

    Noyabrda dövlət büdcəsinin gömrük rüsumları üzrə mədaxili illik müqayisədə 56% azalıb

    Bakı. 11 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində Azərbaycan dövlət büdcəsinə Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə ümumilikdə 121,875 mln. manat daxil olub. "Report"un DGK-nın saytına isinadən verdiyi xəbərə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% azdır.

    Aylıq büdcə daxilolmalarının 5,707 mln. manatı yaxud 4,7%-i gömrük rüsumları, 110,471 mln. manatı və ya 90,6%-i ƏDV, 4,344 mln. manatı yaxud 3,6%-i aksizlər, 1,353 mln. manatı və ya 1,1%-i yol vergisinin payına düşüb.

    Ötən ilin eyni dövrü ilə müqayisədə gömrük rüsumlarının həcmi 55,7%, aksizlərin həcmi 30,7%, yol vergisinin həcmi 9,3% azalıb, ƏDV-nin həcmi isə 7,6% artıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi