Aylıq büdcə daxilolmalarının 5,707 mln. manatı yaxud 4,7%-i gömrük rüsumları, 110,471 mln. manatı və ya 90,6%-i ƏDV, 4,344 mln. manatı yaxud 3,6%-i aksizlər, 1,353 mln. manatı və ya 1,1%-i yol vergisinin payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə gömrük rüsumlarının həcmi 55,7%, aksizlərin həcmi 30,7%, yol vergisinin həcmi 9,3% azalıb, ƏDV-nin həcmi isə 7,6% artıb.