Gələn il Rusiya federal büdcəsinin kəsiri 22 mlrd. dollar olacaq

Gələn il Rusiya federal büdcəsinin kəsiri 22 mlrd. dollar olacaq Hökumət bununla bağlı proqnozunu yaxşılaşdırıb
Maliyyə
29 Sentyabr , 2017 14:58
Gələn il Rusiya federal büdcəsinin kəsiri 22 mlrd. dollar olacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ 2018-ci ildə Rusiya federal büdcəsinin gəlirləri 15,26 trln. rubl (təxminən, 263,8 mlrd. ABŞ dolları), xərcləri isə 16,53 trnl. rubl (285,7 mlrd. dollar) təşkil edəcək.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb.

Rəqəmlərə əsasən, gələn il büdcənin kəsiri 1,27 trln. rubl və yaxud, təxminən, 22 mlrd. dollar olacaq. Bundan əvvəl kəsirin 1,33 trln. rubl və yaxud, təxminən, 23 mlrd. dollar təşkil edəcəyi proqnozlaşdırılırdı.

2019-2020-ci illərdə isə bu rəqəmin müvafiq olaraq 819,1 mlrd. rubl (təxminən 14,2 mlrd. dollar) və 869,9 mlrd. rubl (təxminən, 15 mlrd. dollar) olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi