Gələn il büdcə xərclərinin 10%-i xarici borcların ödənilməsinə yönəldiləcək

Gələn il büdcə xərclərinin 10%-i xarici borcların ödənilməsinə yönəldiləcək 2017-ci ilin dövlət büdcəsində gəlirlər 16,255 mln. manat, büdcə xərcləri isə 16,9 mln. manat nəzərdə tutulub
Maliyyə
27 Dekabr , 2016 18:58
Gələn il büdcə xərclərinin 10%-i xarici borcların ödənilməsinə yönəldiləcək

Bakı. 27 dekabr. REPORT.AZ/ Gələn il dövlət büdcəsindən ümumi büdcənin 9,72%-i dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərinə aid ediləcək. 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanunda deyilir.

Məlumata görə, 2017-ci ilin büdcəsindən Maliyyə Nazirliyinə dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı 1 641 799 723 manat vəsait ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsində gəlirlər 16 255 mln. manat, büdcə xərcləri isə 16,9 mln. manat nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi