Yuxarı

​"G20": "Neftin ucuzlaşması dünya iqtisadiyyatının inkişafına təkan verəcək"

Kommünikedə Beynəlxalq Valyuta Fondunda islahatların gedişindən narazılıq ifadə edilib

Bakı. 10 fevral. REPORT.AZ/ Neftin ucuzlaşması dünya iqtisadiyyatının inkişafına təkan verəcək və enerji daşıyıcıları idxal edən dövlətlərin alıcılığını artıracaq.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu, "G20"-yə üzv dövlətlərin maliyyə nazirləri və mərkəzi bankların başçılarının İstanbulda keçirliən görüşünün yekun kommünikesində vurğulanıb.

"Biz qeyd edirik ki, neftin ucuzlaşması bəzi dövlətlərə öz vergi siyasətinə baxmağa imkan yaradacaq", - sənəddə bildirilib.

Komünnikedə dünya iqtisadiyyatın bərabər inkişaf etmədiyi qeyd edilib: "Dünya iqtisadiyyatının inkişafı bərpa olunsa da, özəlliklə inkişaf etmiş bəzi dövlətlərdə, məsələn, avrozonada və Yaponiyada bu proses çox yavaş gedir".

Sənəddə Beynəlxalq Valyuta Fondunda islahatların gedişindən narazılıq ifadə edilərək, ABŞ islahatla bağlı razılaşmanı təsdiqləməyə çağırılıb.

Qeyd edək ki, tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov da  iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi