Funt sterlinqin dollara qarşı məzənnəsi 7 aylıq maksimuma çatıb

Funt sterlinqin dollara qarşı məzənnəsi 7 aylıq maksimuma çatıb Böyük Britaniyada pərakəndə satışın həcmi apreldə 2,3% artıb
Maliyyə
18 May , 2017 13:29
Funt sterlinqin dollara qarşı məzənnəsi 7 aylıq maksimuma çatıb

Bakı. 18 may. REPORT.AZ/ Funt sterlinqin ABŞ dollarına qarşı məzənnəsi 1,3046 USD/GBP səviyyəsinə yüksələrək 2016-cı il sentyabr ayının 30-dan bu günədək ən yüksək həddə çatıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna səbəb B.Britaniyada pərakəndə satışın həcminin kəskin artması amili olub. Ölkənin Milli Statistika Xidmətinin məlumatına görə, aprel ayında pərakəndə satışın həcmi aylıq müqayisədə 2,3% artım göstərib. Analitiklər isə artımın 1% təşkil edəcəyini proqnozlaşdırırdılar.

Xatırladaq ki, 2016-cı ilin oktyabr ayında funt sterlinqin dollarla müqayisədə məzənnəsi son 30 ilin minimal səviyyəsinə - 1,1450 USD/GBP-yə enib. Buna səbəb ölkədə keçirilən referendumda Avropa İttifaqından ayrılmağa səs verənlərin üstünlük təşkil etməsi olub.  

Son xəbərlər

Orphus sistemi