“Finex Credit” mənfəətini 3 dəfə artırıb

“Finex Credit” mənfəətini 3 dəfə artırıb Bakı. 27 iyun. REPORT.AZ/ “Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 3,297 mln. manat təşkil edi...
Maliyyə
27 İyun , 2017 14:27
“Finex Credit” mənfəətini 3 dəfə artırıb

Bakı. 27 iyun. REPORT.AZ/ “Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 3,297 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-ilə müqayisədə 23,1% çoxdur.

“Finex Credit”in aktivlərinin 94,6%-ni və yaxud 3,13 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2016-cı ildə BOKT-un kredit portfeli 20% böyüyüb.

Hesabat dövründə “Finex Credit”in cəmi öhdəlikləri 22,5% artaraq 2,643 mln. manata, o cümlədən müddətli borc öhdəlikləri 29,5% artaraq 1,092 mln. manata, buraxdığı borc qiymətli kağızları isə 18,3% artaraq 1,531 mln. manata çatıb. BOKT-un cəmi kapitalı 25,8% artaraq 654 min manat, nizamnamə kapitalı isə 20% artaraq 600 min manat olub.

2016-cı ildə “Finex Credit”in faiz gəlirləri 556 min manat (2015-ci ilə nisbətən 29,3% çox), faiz xərcləri 197 min manat (79,1% çox), qeyri-faiz gəlirləri 39 min manat (2,2%), qeyri-faiz xərcləri isə 328 min manat (7,9% çox) təşkil edib. Son nəticədə BOKT-un xalis əməliyyat mənfəəti 71 min manat olub. Bu da illik müqayisədə 2,15 dəfə çoxdur.

Ötən il “Finex Credit” kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılmasına əvvəlki illə müqayisədə 63,8% az – təxminən 3 min manat ayırıb, 2,4 dəfə çox – təxminən 14 min manat isə mənfəət vergisi ödəyib. Bununla da BOKT 2016-cı ili 54 min manat xalis mənfəətlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 2,7 dəfə çoxdur.

Xatırladaq ki, "Finex Credit” 2013-cü ildə yaradılıb, “Finex Group”a daxildir. BOKT-un dövriyyədə hər birinin nominal dəyəri 100 manat olan 6 min səhmi var. Səhmlərin 73,33%-i “Finance Leasing” ASC-yə, 14,9%-i Sevda Cəbrayıl qızı İbrahimovaya, 11,77%-i isə Mobil Famil oğlu Şərifova (“Finance Leasing”in 10%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi