“Finance Leasing” dollar və manatla istiqraz buraxır

“Finance Leasing” dollar və manatla istiqraz buraxır Maliyyə Bazarlarına Nəzarət Palatası lizinq şirkətinin istiqraz emissiyalarını dövlət qeydiyyatına alıb
Maliyyə
14 Fevral , 2017 11:36
“Finance Leasing” dollar və manatla istiqraz buraxır

Bakı. 14 fevral. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Finance Leasing” ASC-nin istiqraz emissiyasını (AZ2025006571) dövlət qeydiyyatına alıb.

Palatadan “Report”a verilən məlumata görə, emissiya hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 1 227 ədəd faizli təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur. İstiqrazların tədavül müddəti 1 080 gün, gəlirlik dərəcəsi isə 9%-dir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

MBNP tərəfindən, həmçinin adı çəkilən lizinq şirkətinin qapalı üsulla yerləşdiriləcək hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 68 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı (AZ2024006572) və hər birinin nominal dəyəri 500 manat olan 200 ədəd faizli təmin edilməmiş istiqrazların buraxılışı (AZ2023006573) qeydiyyata alınıb. Bu istiqrazlar üzrə gəlirlik isə 14%, onların tədavül müddəti isə 1 080 gündür. Prosesin anderrayteri "Kapital Menecment" investisiya şirkətidir. 

Xatırladaq ki, "Finance Leasing" 2007-ci ilin may ayından fəaliyyət göstərir, "Finex Group"a daxildir. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Şirkətin səhmləri 14 fiziki şəxsə, o cümlədən 19%-i Tokay Murad oğlu Şıxəlizadəyə, 13,1%-i Murğuz Elşən oğlu Tağıyevə, 12%-i Ramiz İbrahim oğlu İbrahimova, 12,7%-i Azad Malik oğlu Cavadova, 10%-i Mobil Famil oğlu Şərifova, 3,2%-i Azad Nəriman oğlu Cəbrayılova, qalan 30%-i isə digər 8 səhmdara məxsusdur. Lizinq şirkəti "Finex Group"da təmsil olunan "Finex Credit" ASC bank olmayan kredit təşkilatının səhmlərinin 73,3%-nə nəzarət edir. 

Son xəbərlər

Orphus sistemi