“Finance Leasing” ASC “Atasığorta” və “PAŞA Həyat Sığorta”ya istiqraz satıb

“Finance Leasing” ASC “Atasığorta” və “PAŞA Həyat Sığorta”ya istiqraz satıb Həmçinin 16 fiziki şəxs lizinq şirkətinin istiqrazlarını alıb
Maliyyə
2 Avqust , 2017 11:27
“Finance Leasing” ASC “Atasığorta” və “PAŞA Həyat Sığorta”ya istiqraz satıb

Bakı. 2 avqust. REPORT.AZ/ “Finance Leasing” ASC ötən il Azərbaycanın 2 sığorta şirkətinə, eləcə də 16 fiziki şəxsə istiqraz satıb.

Bu barədə “Report” lizinq şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, “Finance Leasing”in hər birinin nominal dəyəri 500 manat olan 600 ədəd istiqrazı (300 min manatlıq) “Atasığorta” ASC-yə, hər birinin nominal dəyəri 500 manat olan 200 ədəd istiqrazı (100 min manatlıq) “PAŞA Həyat Sığorta” ASC-yə, hər birinin nominal dəyəri 500 ABŞ dolları olan 1 227 ədəd istiqrazı (613,5 min dollarlıq) 16 fiziki şəxsə satılıb.

Faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazların realizə edilməsi qapalı üsulla, Bakı Fond Birjasında həyata keçirilib.

Xatırladaq ki, “Finance Leasing” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Şirkətin səhmlərinin 19%-i Tokay Şıxəlizadəyə, 13,1%-i Murğuz Tağıyevə, 12,7%-i Azad Cavadova (Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun sabiq icraçı direktoru, şirkətin Müşahidə Şurasının üzvü), 12%-i Sevda İbrahimovaya, 10%-i Mobil Şərifova (şirkətin Müşahidə Şurasının sədri), 8%-i Tahir Namazova, 5%-i İsa Hüseynova, 4,5%-i Tofiq Cəfərova, 3,8%-i Gülmirə Cəfərovaya, 3,1%-i Azər Hacıyevə, hər biri 2% olmaqla Elçin Tahirova və Gülnarə Daşdəmirovaya, 4,8%-i isə digər 3 fiziki şəxsə məxsusdur.

Səhm sahiblərindən ikisi – Sevda İbrahimova və Mobil Şərifov “Finance Leasing”lə birlikdə “Finex Group” MMC-də təmsil olunan “Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) müvafiq olaraq 14,9%-lik və 11,77%-lik səhmdarıdır. “Finex Credit”in səhmlərinin qalan 73,33%-i isə elə “Finance Leasing”ə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi