"Expressbank"ın aktivləri 11% azalıb

"Expressbank"ın aktivləri 11% azalıb Bakı. 24 yanvar. REPORT.AZ/ "Expressbank" ASC-nin aktivləri illik müqayisədə 10,85% azalaraq 207-ci il yanvarın 1-nə 286,822 mln. manat təşkil edib...
Maliyyə
24 Yanvar , 2017 14:19
Expressbankın aktivləri 11% azalıb

Bakı. 24 yanvar. REPORT.AZ/ "Expressbank" ASC-nin aktivləri illik müqayisədə 10,85% azalaraq 207-ci il yanvarın 1-nə 286,822 mln. manat təşkil edib.

"Report" bu barədə Bankın maliyyə hesabatına istinadən xəbər verir. Hesabat ilində kredit portfeli 27,58% azalaraq 199,32 mln. manat olub.

Cəmi kredit portfelinin 30,3%-i və ya 60,378 mln. manatı xarici valyutada verilib. Kreditlərin 25,7%-i və ya 51,269 mln. manatı istehlak kreditlərinin (şəxsi və ailə məqsədləri üçün fiziki şəxslərə verilən kreditlər) payına düşüb. İstehlak kreditlərinin 37,8%-i və ya 19,36 mln. manatı xarici valyutada verilib. İpoteka kreditləşməsi isə cəmi kreditlərin 3,6%-ni və ya 7,113 mln. manatını təşkil edib.

Öhdəliklər hesabat ilində 19,64% azalaraq 144,789 mln. manata enib. Fiziki şəxslərin müddətli depozitləri də 13,5% azalaraq 60,368 mln. manata düşüb.

Cari il yanvarın 1-nə Bankın nizamnamə kapitalı 137,257 mln. manat olub.

"Expressbank" ötən il ərzində 439 min manat həcmində xalis mənfəət əldə edib ki, bu da əvvəlki illə müqayisədə 32,8% azalma deməkdir. Vergilər ödənilənədək mənfəətin müqayisəsi isə onu gösətir ki, 2,6 dəfə azalma qeydə alınıb.

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 368,69 manat olan 372 282 ədəd səhm əsasında formalaşıb. Səhmlərin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi