“Embafınans” BOKT-nin aktivləri 35% artıb

“Embafınans” BOKT-nin aktivləri 35% artıb “Embafınans” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 34,5% artaraq 29,645 milyon manat təşkil edib.
Maliyyə
5 İyun , 2019 14:50
“Embafınans” BOKT-nin aktivləri 35% artıb

“Embafınans” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 34,5% artaraq 29,645 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Embafınans"ın müştərilərə verdiyi xalis kreditlər isə 51% artaraq 23,434 milyon manata çatıb.

Hesabat dövründə BOKT-nin cəmi öhdəlikləri, təxminən, 68,2% artaraq 15,463 milyon manat, cəmi kapitalı isə 10,4% artaraq 14,181 milyon manat olub.

“Embafınans” 2018-ci ili 1,827 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2017-ci ilə nisbətən 3,2 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi