“Embafinans” 2 mln. manatlıq istiqraz buraxır

“Embafinans” 2 mln. manatlıq istiqraz buraxır Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) qiymətli kağızları standart bazar seqmentində listinqə daxil edilib.
Maliyyə
3 Oktyabr , 2018 17:37
“Embafinans” 2 mln. manatlıq istiqraz buraxır

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” MMC bank olmayan kredit təşkilatının (BOKT) qiymətli kağızları standart bazar seqmentində listinqə daxil edilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, ticarətə hər birinin nominal dəyəri 1 000 manat olan 2 min ədəd (2 mln. manatlıq) faizli, təmin edilməmiş istiqraz buraxılacaq.

İstiqrazların yerləşdirməsi üzrə anderrayter “AzFinance” investisiya şirkətidir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi