Yuxarı

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasının tərkibi dəyişib

Himayəçilər Şurasının beş üzvü vəzifəsindən azad olunub

Bakı. 13 iyul. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilər Şurasının (HŞ) tərkibi dəyişib.

"Report" fonda istinadən xəbər verir ki, indiyə qədər HŞ-yə rəhbərlik edən "Unibank" ASC-nin Müşahidə Şurasının (MŞ) sədri Eldar Qəribov, müavini, "Unibank"ın İdarə Heyətinin (İH) sədri Faiq Hüseynov, eləcə də HŞ-nin üzvləri Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov, AMB-nin ləğv edilən Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin daxili nəzarət şöbəsinin müdiri, hazırda isə "AGBank"ın Xəzinədarlıq departamentinin direktoru olan İsi Mustafayev, AMB-nin Hüquq departamentinin rəisi Rəna Məlikova vəzifələrindən kənarlaşdırılıb.

Onların yerinə HŞ-yə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının üzvü İlqar Muradov, qurumun Strateji Təhlil və risklərin idarəedilməsi İdarəsinin rəisi, Strateji xidmətlər Departamentinin direktoru vəzifəsini müvəqqəti icra edən Asim Zülfüqarov, AMB-nin Makroiqtisadi tədqiqatlar departamentinin direktoru Şaiq Adıgözəlov, İqtisadiyyat Nazirliyinin strateji planlaşdırma və proqnozlaşdırma şöbəsinin müdiri Yalçın Əzizov, “Kapitalbank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov seçilib.

Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin müdiri Ziyəddin Allahverdiyev, eləcə də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İH-nın sədri Elmar Məmmədov isə əvvəlki qaydada HŞ-də təmsil olunurlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi