Əksər Qərb indeksləri yüksəlib

Əksər Qərb indeksləri yüksəlib Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0687-yə çatıb
Maliyyə
16 Aprel , 2015 09:58
Əksər Qərb indeksləri yüksəlib

Bakı. 16 aprel. REPORT.AZ/ Aprelin 15-də Amerika fond bazarında Dow Jones indeksində 0,42% artım müşahidə olunub və 18 112,61 bənd təşkil edib. S&P 500 0,51% irəliləyərək 2 106,63 bənd, Nasdaq isə 0,68% artaraq 5 011,02 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,30% irəliləyərək 7 096,78 bənd, Almaniya DAX-ı 0,03 % artaraq 12 231,34 bənd, Fransa CAC-40-ı isə 0,7% irəliləyərək 5 254,35 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,43% artaraq 1 200,30 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0687 (+0,003%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi