Bakı. 12 sentyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Türkiyənin İstanbul şəhərində metro xəttinin yenidənqurulması üçün 88 mln. avro kredit ayırıb.
“Report”un Banka istinadən verdiyi xəbərə görə, cəlb edilən maliyyə vəsaiti Ataköy-İkitelli metro xəttinin yenidən qurulması üçün xərclənəcək.
Məlumata görə, ümumilikdə 13,4 km uzunluğunda olan həmin xətt 12 yeraltı stansiyanı və vaqon deposunu əhatə edir.
EBRD yenidənqurmadan sonra İstanbul metrosunda hər gün əlavə 400 min sərnişinin daşınmasına imkan yaranacağını açıqlayıb.
Qeyd edək ki, ayrılan vəsait İstanbul metrosunun yenidənqurulması üçün imzalanan 338,3 mln. avroluq (338 272 200 avro) ortaq maliyyələşmə paketinə daxildir.