Yuxarı
    Bağlamaq

    ​EBRD gələn il Qafqaz regionunda iqtisadi artım gözləyir

    Bank 2016-cı ildə qlobal böhranın təsirinin zəifləyəcəyini proqnozlaşdırır

    Bakı. 5 noyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) açıqladığı son hesabatda Qafqazda iqtisadi artım perspektivini regional iqtisadi mühitdən, geosiyasi risklərin azaldılmasından və ölkəyə xas amillərdən asılı olduğunu bildirib.

    "Report"un banka istinadən verdiyi xəbərə görə, bundan başqa, bir sıra risklərin olduğu da istisna edilmir. EBRD-nin hesabatında risklərə misal kimi, Çində gözlənildiyindən daha sürətli zəifləmə, ABŞ-ın faiz normalarının gözlənildiyindən daha çox artması, siyasi qeyri-sabitlik, geosiyasi gərginliklər və Yunanıstanda xilas proqramının qeyri-müntəzəm şəkildə həyata keçirilməsi göstərilir.

    EBRD Azərbaycanda 2015-ci il üçün ÜDM-in artım proqnozunu 3%-ə, 2016-cı il üçün isə 2,5%-ə yüksəldib. Bank Azərbaycanda 2015-ci ilin yanvar-sentyabr aylarında iqtisadi artımın 3,7%, eyni dövr üçün isə qeyri-neft sektorunda isə 6,4% olduğunu qeyd edir.

    Bank 2016-cı ildə dünya iqtisadiyyatının aşağı neft qiymətlərinə uyğunlaşması səbəbindən böhranın təsirinin yüngülləşəcəyini proqnozlaşdırır.

    Real ÜDM artımı

    (%-lə; EBRD-nin 05.11.2015-ci il tarixli proqnozu)

    Həqiqi Hazırkı proqnoz EBRD-nin 2015-ci ilin mayında verdiyi proqnoz EBRD-nin 2015-ci ilin mayında verdiyi proqnoz
    2014 2015 2016 2015 Dəyişiklik (may-noyabr) 2016 Dəyişiklik (may-noyabr)
    EBRD regionu (1) 1.8 0.2 1.6 0.2 0.0 1.6 0.0
    Mərkəzi Avropa və Baltik dövlətləri (1) 3.1 3.0 2.9 3.0 0.0 3.0 -0.1
    Xorvatiya -0.4 0.9 0.5 0.5 0.4 0.5 0.0
    Estoniya 2.9 2.0 2.8 2.2 -0.2 3.0 -0.2
    Macarıstan 3.6 2.9 2.1 2.6 0.3 2.3 -0.2
    Latviya 2.4 2.3 3.1 2.3 0.0 3.1 0.0
    Litva 3.0 1.7 3.0 2.7 -1.0 3.2 -0.2
    Polşa 3.4 3.4 3.3 3.4 0.0 3.4 -0.1
    Slovakiya 2.4 3.1 3.2 2.8 0.3 3.3 -0.1
    Sloveniya 3.0 2.3 2.0 2.0 0.3 2.3 -0.3
    Cənubi-şərqi Avropa (1) 1.5 1.6 1.6 1.6 0.0 2.5 -0.9
    Albaniya 2.2 2.3 3.3 2.5 -0.2 3.0 0.3
    Bosniya və Herseqovina 1.0 2.8 3.0 2.5 0.3 3.0 0.0
    Bolqarıstan 1.7 1.8 2.0 1.0 0.8 1.5 0.5
    Kipr -2.3 1.0 1.7 0.5 0.5 1.5 0.2
    Makedoniya 3.5 3.5 3.5 3.5 0.0 3.7 -0.2
    Yunanıstan 0.8 -1.5 -2.4 0.0 -1.5 2.0 -4.4
    Kosovo 0.9 2.0 3.0 2.5 -0.5 3.5 -0.5
    Monteneqro 1.8 3.0 4.0 3.0 0.0 3.7 0.3
    Rumıniya 2.8 3.5 3.7 3.0 0.5 3.2 0.5
    Serbiya -0.8 0.5 1.8 0.3 0.2 1.8 0.0
    Şərqi Avropa və Qafqaz (1) -1.9 -5.1 1.4 -3.5 -1.6 1.9 -0.5
    Ermənistan 3.5 2.3 2.0 -1.5 3.8 1.0 1.0
    Azərbaycan 2.8 3.0 2.5 1.5 1.5 1.5 1.0
    Belarus 1.6 -3.5 -1.0 -2.5 -1.0 0.0 -1.0
    Gürcüstan 4.8 2.5 2.6 2.3 0.2 2.6 0.0
    Moldova 4.6 -2.0 0.0 -2.0 0.0 1.5 -1.5
    Ukrayna -6.8 -11.5 2.0 -7.5 -4.0 3.0 -1.0
    Türkiyə 2.9 3.0 2.8 3.0 0.0 3.0 -0.2
    Rusiya 0.6 3.0 2.8 3.0 0.0 3.0 -0.2
    Mərkəzi Asiya (1) 6.0 3.8 3.9 3.9 -0.1 4.3 -0.4
    Qazaxıstan 4.3 1.2 1.5 1.5 -0.3 2.3 -0.5
    Qırğızıstan  3.6 5.0 3.9 3.0 2.0 3.1 0.8
    Monqolustan 7.8 3.3 5.0 4.0 -0.7 3.0 2.0
    Tacikistan 6.7 5.0 4.5 3.8 1.2 3.8 0.7
    Türkmənistan 10.3 8.5 8.5 9.5 -1.0 10.0 -1.5
    Özbəkistan 8.1 7.5 7.2 7.0 0.5 7.2 0.0
    Cənubi və Şərqi Aralıq dənizi regionu (1, 2) 2.3 4.0 4.0 4.0 0.0 4.3 -0.3
    Misir 2.2 4.2 4.3 4.0 0.2 4.2 0.1
    İordaniya 3.1 2.8 3.5 3.6 -0.8 3.9 -0.4
    Mərakeş 2.4 4.9 3.8 4.6 0.3 5.0 -1.2
    Tunis 2.3 1.0 3.0 2.8 -1.8 3.6 -0.6
    ŞAQ, MA, Rusiya üzrə orta göstərici 1.1 -3.1 0.0 -3.0 -0.1 -0.3 0.3
    MAB, CŞA, CŞAD, Türkiyə 2.5 3.0 2.9 3.0 0.0 3.2 -0.3

    1 - Xüsusi orta göstəricilər. 2015 və 2016-cı ildə regional orta artım normaları yeni əmsallara əsaslanır. Bu əmsallar ölkələrin 2015-ci il üzrə ABŞ dolları ilə ifadə olunan, proqnozlaşdırılan, bərabər alıcılıq qabiliyyəti əsasında ölçülən, nominal ÜDM göstəricilərinə uyğun gəlir. "Regional iqtisadi perspektivlər" nəşrinin 2015-ci il may buraxılışında istifadə olunan əmsallar 2014-cü ilin nominal ÜDM göstəricilərinə əsaslanırdı;

    2 - Misirin real ÜDM-ə dair EBRD-nin göstəriciləri və proqnozları iyuldan iyuna qədər davam edən maliyyə ilini əks etdirir. Bunlar həm də regional orta göstəricilərdə istifadə olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi