EBRD: “Bu ilin ilk 10 ayında Azərbaycanda 13,9% inflyasiya qeydə alınıb”

EBRD: “Bu ilin ilk 10 ayında Azərbaycanda 13,9% inflyasiya qeydə alınıb” Bakı. 11 noyabr. REPORT.AZ/ “Azərbaycan, Misir, Türkiyə və Ukraynada hələ də inflyasiya ikirəqəmli həddədir”. 
Maliyyə
11 Noyabr , 2017 11:10
EBRD: “Bu ilin ilk 10 ayında Azərbaycanda 13,9% inflyasiya qeydə alınıb”

Bakı. 11 noyabr. REPORT.AZ/ “Azərbaycan, Misir, Türkiyə və Ukraynada hələ də inflyasiya ikirəqəmli həddədir”. 

“Report” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) noyabr ayı üçün yenilədiyi proqnoz hesabatında bildirilir. 

“Bu ilin ilk 10 ayını ötən ilin eyni dövrü ilə müqayisə etsək, Azərbaycanda 13,9% inflyasiya qeydə alınıb, ümumi daxili məhsul (ÜDM) istehsalında 0,6% geriləmə baş verib. 2017-ci ilin ilk 8 ayında isə ölkəyə investisiya qoyuluşu azalıb. Bu ilin I yarısında Azərbaycanla yanaşı, Belarus, Misir və Ukraynada kreditləşmənin həcmi 0,4% artıb, amma bu ölkələr real kreditlərin həcmini əhəmiyyətli dərəcədə azaldıblar”, - deyə hesabatda qeyd edilib.

EBRD Azərbaycanda cari hesablarda da kəsir qeydə alındığını bəyan edib: “Azərbaycanın cari hesabları 2016-cı ildə ÜDM-nin 3,6%-i qədər kəsirdən sonra 2017-ci ilin I yarısında neft qiymətlərinin bərpası çərçivəsində cüzi artıb. Makroiqtisadi siyasət inflyasiyanın qarşısını almaq, xarici valyuta təzyiqlərini azaltmaq və likvidlik buferinin qorunması üçün nisbətən dar çərçivədə olub. Önəmli qaz infrastruktur layihələrinin tamamlanmasının 2018-ci ildən sonra böyüməyə stimul verəcəyi gözlənilir. Dağlıq Qarabağ problemi bölgədə böyümə perspektivinə təhlükə yaradır”.

Son xəbərlər

Orphus sistemi