EBRD Azərbaycanda özəl avtobus operatoruna kredit ayırır

EBRD Azərbaycanda özəl avtobus operatoruna kredit ayırır Bakı. 12 iyul. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Bakı şəhərində müasir nəqliyyat həllərinin təmin edilməsi üçün maliyyə vəsaiti verir.
Maliyyə
12 İyul , 2018 16:09
EBRD Azərbaycanda özəl avtobus operatoruna kredit ayırır

Bakı. 12 iyul. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Bakı şəhərində müasir nəqliyyat həllərinin təmin edilməsi üçün maliyyə vəsaiti verir.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hazırda ölkə paytaxtında təmin olunan avtobus xidmətinin 20 faizinə nəzarət edən və yalnız 2017-ci ildə 100 milyondan artıq sərnişin nəql etmiş ölkənin ən iri özəl avtobus operatoru "Xaliq Faiqoğlu" MMC üçün 6 mln. avro məbləğinə qədər dəyərində (Azərbaycan manatı ilə) kredit ayrılır.

Layihə çərçivəsində "Xaliq Faiqoğlu" MMC-nin müasir şəhər nəqliyyatı operatoruna transformasiya edilməsi prosesinə dəstək veriləcək.

Layihə sərnişindaşıma və kommersiya nəqliyyat vasitələri üçün Aİ Avro 6 emissiya standartına tam cavab verəcək 35 ədəd yeni alçaq platformalı dizel avtobusunun satın alınmasını dəstəkləyəcək. Bu avtobuslar köhnə avtobusları əvəzləyəcək və şirkətin illik CO2 emissiyalarını 2,853 ton azaldacaq.

EBRD Azərbaycanda qabaqcıl investisiya təşkilatıdır. Ölkədəki fəaliyyətinə 1992-ci ildən başlayandan bəri Bank maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında icra olunmuş 163 layihəyə 2.8 milyard ABŞ dollarından artıq sərmayə qoymuşdur və həmin sərmayənin 58 faizi özəl təşkilatların payına düşür. 

Son xəbərlər

Orphus sistemi