​Dünyanın finans mərkəzi müəyyənləşib

​Dünyanın finans mərkəzi müəyyənləşib Moskva 67-ci sırada qərarlaşıb
Maliyyə
14 Aprel , 2016 18:19
​Dünyanın finans mərkəzi müəyyənləşib

Bakı. 14 aprel. REPORT.AZ/ Dünya finans mərkəzi sıralamasında liderlik 2014-cü ilin yekununda olduğu kimi yenə də Londonda olub. "Report" "Z/Yen" maliyyə-konsaltinq şirkətinin hesabatına istinadən bildirir ki, 86 dünya finans mərkəzləri arasında aparılan reytinqdə (GFCİ) London 800 maksimal balla lider olub. İkinci sırada Nyu-York-792 bal, üçüncü yerdə isə 755 balla Sinqapur yer alıb. Asiyanın ən böyük maliyyə mərkəzi 2007-ci ildən sonra ilk dəfə 753 bala sahib Honq-Konqu ötüb. Beşinci yer isə 728 balla Tokioya aiddir. Altıncı sıranı Sürix, daha sonra isə 4 ardıcıl sıranı Şimali Amerika şəhərləri tutub. Bunlar sırası ilə Vaşinqton, San-Fransisko, Boston və Toronto şəhərləridir.

Dubay Yaxın Şərqin ən nəhəng finans mərkəzi statusunu özündə saxlayıb və sıralamada 13-cü yerdə qərarlaşıb. Afrika qitəsində lider 33-cü sırada yer alan Kasablanka, Latın Amerikasında 43-cü sırada qərarlaşan San-Paulo və 44-cü yerdə olan Rio-de-Janeyro olub.

Moskva 11 pillə irəliləyərək 611 balla 67-ci sıranı tutub. Siyahıda son sıra 558 balla Afinaya aid olub.

Qeyd edək ki, "Z/Yen" şirkəti adıçəkilən reytinqləri artıq 19-cu dəfədir yayınlayır. İlk dəfə reytinq 2007-ci ildə təqdim olunub və ildə iki dəfə 3 200 maliyyəçi arasında aparılan sorğu əsasında dərc olunur. İndeks özündə biznes mühiti, infrastruktur, iş gücünün keyfiyyəti, maliyyə sektorunun inkişaf səviyyəsi və reputasiya kimi parametrləri əks etdirir.

Son xəbərlər

Orphus sistemi