​Dünya bazarında qızıl ucuzlaşıb

​Dünya bazarında qızıl ucuzlaşıb ABŞ və Avropada fond indeksləri fərqli dinamika nümayiş edib
Maliyyə
30 Sentyabr , 2015 09:28
​Dünya bazarında qızıl ucuzlaşıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Sentyabrın 29-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,30% bahalaşaraq 16 049,13 bənd, S&P 500 0,12% artaraq 1 884,09 bənd, Nasdaq isə 0,59% azalaraq 4 517,32 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,83% ucuzlaşaraq 5 909,24 bənd, Fransa CAC-40-ı 0,31% azalaraq 4 343,73 bənd, Almaniya DAX-ı isə 0,35% geriləyərək 9 450,40 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,59% ucuzlaşaraq 1 124,90 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə dəyişməyərək ötən gün olduğu kimi 1,1256 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi