Dünya Bankı Azərbaycanda iqtisadi artımın bərpasına dəstəyini davam etdirəcək

Dünya Bankı Azərbaycanda iqtisadi artımın bərpasına dəstəyini davam etdirəcək Bu barədə qurumun Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi bildirib
Maliyyə
19 Sentyabr , 2017 11:24
Dünya Bankı Azərbaycanda iqtisadi artımın bərpasına dəstəyini davam etdirəcək
Report

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanda iqtisadi artımı tez bərpa etmək üçün Maliyyə Sabitliyi Şurası ilə əməkdaşlığı davam etdirəcəyik. 

"Report" xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib. 

Onun sözlərinə görə, təmsil etdiyi qurumun Azərbaycanla icra etdiyi 41 layihə artıq yekunlaşıb: 

"Azərbaycanda davamlı inkişafa nail olmaq üçün insan kapitalının inkişafına nail olmaq lazımdır. Dünya Bankı həm də ölkədə məhkəmə infrastrukturunun inkişafına dəstəyini əsirgəmir. Qurum həm də Azərbaycanda su təsərrüfatı sisteminin yaxşılaşdırılması, bərk tullantıların idarə edilməsi və qaçqın-məcburi köçkünlərinin həyat şəraitinin yaxşılaşdırılması layihələrinə dəstək verir", - deyə N.H.Naqvi qeyd edib. 

Son xəbərlər

Orphus sistemi