Dövlət Neft Fondundan büdcəyə transfertin yuxarı həddinin müəyyənləşdirilməsi təklif edilir

Dövlət Neft Fondundan büdcəyə transfertin yuxarı həddinin müəyyənləşdirilməsi təklif edilir Bakı. 21 noyabr. REPORT.AZ/ Dövlət Neft Fondundan büdcəyə transfertin həcminin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməlidir.
Maliyyə
21 Noyabr , 2017 18:07
Dövlət Neft Fondundan büdcəyə transfertin yuxarı həddinin müəyyənləşdirilməsi təklif edilir

Bakı. 21 noyabr. REPORT.AZ/ Dövlət Neft Fondundan büdcəyə transfertin həcminin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməlidir.

"Report"un verdiyi xəbərə görə, bu barədə deputat Vahid Əhmədov bu gün parlamentin plenar iclasında çıxışında bildirib.

Qeyd edək ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 9,216 mlrd. manatı və ya 45,8%-i Dövlət Neft Fondundan transfertin payına düşür.

Deputat AMB sədrinin pul qıtlığının olmaması ilə bağlı fikirlərinə də münasibət bildirərək etiraz edib. Onun sözlərinə görə, son bir il ərzində 3,7 mlrd. manat dövriyyədən çıxıb: "Ölkədə inkişaf pul kütləsi hesabına olmalıdır. Pul kütləsinin kifayət qədər olmaması hesabına 2017-ci ildə iqtisadi geriləmə qeydə alınır".

Deputat bildirib ki, bank sistemində problem ölkənin əsas problemidir. 

Son xəbərlər

Orphus sistemi